Ümit Özdağ kimi dəstəkləyəcək? - Açıqlama saatı dəyişdi

10:55 / 23.05.2023
321

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağın prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyi də maraqla gözlənilir.

HİT.az xəbər verir ki, partiya sədri qərarını bu gün saat 11:00-də açıqlayacağını elan etmişdi.

Lakin az öncə Zəfər Partiyasının rəsmi "Twitter" hesabından bununla bağlı paylaşım edilərək, mətbuat konfransının vaxtının dəyişildiyi qeyd olunub:

"Dəyərli media nümayəndələri, bu gün saat 11:00-də keçirəcəyimiz mətbuat konfransının başlama saatı 13:00 olaraq dəyişdirilib".

Qeyd edək ki, Ümit Özdağ dünən həm hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtuluş, həm də Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşüb. O, saat 13:00-də (yerli vaxtla saat 14:00) Rəcəb Tayyib Ərdoğana, yoxsa Kamal Kılıçdaroğluna dəstək verəcəyi açıqlayacaq.

Pərviz

0