Fransadan Türkiyəyə qayıtmaq istəyən aktrisanı TƏYYARƏYƏ BURAXMADILAR - FOTO

11:48 / 23.05.2023
265

Məşhur aktrisa Merve Dizdar iştirak etdiyi 76-cı "Kann Film Festivalı"ndan qayıdarkən başına iş gəlib. 

O, Fransadan Türkiyəyə getmək istədiyi təyyarəyə buraxılmayıb. Türkiyədə "Ömer" serialının çəkilişlərinə qatılmaq üçün ölkəsinə qayıtmaq istəyən Merve Fransada qalıb.

Bu barədə aktrisa özü məlumat verib:

"Çəkilişə çata bilmək üçün 2 saat əvvəl "Kann Film Festivalı"ndan çıxıb "Nice" hava limanına gəldim. 24 saat ərzində qeydiyyatdan keçməyə çalışdığım təyyarə yenidən bron edildiyi üçün məni ora minməyə qoymadılar. Sabah tezdən mənim çəkilişim var və mən təyyarəyə minə bilmədim. Bu vəziyyətdə olan daha 4 nəfər də var. Bunun bir açıqlaması olmalıdır!"


Xatırladaq ki, bu il Fransada keçirilən 76-cı Kann Film Festivalında türkiyəli rejissor və ssenari müəllifi Nuri Bilge Ceylanın "Kuru Otlar Üstün" filminin dünya premyerası reallaşıb.

11 dəqiqə ayaq üstə alqışlanan ekran işi bir çoxlarına təsirli anlar yaşadıb. Premyerada filmin aktyoları Deniz Celiloğlu, Merve Dizdar, Musab Ekici, Ece Bağcı, Cengiz Bozkurt, Münir Can Cindoruk, Elif Ürse, Erdem Şenocak, Elit Andaç Çam və Nalan Kuruçim də iştirak ediblər. 

0
BAKU.WS