Türkiyədə raket fabrikində partlayış olub, 5 nəfər ölüb - VİDEO

DÜNYA
12:03 / 10.06.2023
300

Türkiyənin paytaxtı Ankara şəhərinin Elmadağ rayonunda yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə partlayış olub.

HİT.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Bildirilib ki, müəssisə Maşınqayırma və Kimya sənayesinə məxsusdur. Məlumata görə, yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.

Hadisə yerinə xilasedicilər, yanğın söndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri və şəraiti araşdırılır.

 

0