NATO Kosovoda hərbi qüvvələrinin istifadəsinə icazə verib

DÜNYA
18:58 / 29.09.2023
658

NATO regionda vəziyyəti sabitləşdirmək üçün Kosovodakı hərbi kontingentinin (KFOR) silah istifadəsinə icazə verib. 

HİT.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd edilir ki, 2023-cü ilin mayında Alyansın rəhbərliyi Kosovoda öz hərbi qüvvələrinin mövcudluğunu gücləndirib. Eyni zamanda aydınlaşdırılır ki, zərurət yaranarsa, beynəlxalq təşkilat KFOR qüvvələrinin onlara həvalə edilmiş vəzifələri səmərəli şəkildə yerinə yetirməsi üçün əlavə tədbirlər görməyə hazırdır.

“Dünən Şimali Atlantika Şurası mövcud vəziyyətə cavab vermək üçün əlavə qüvvələrdən istifadə etməyə icazə verdi. Biz həmişə komandanlığımızın KFOR-un öz mandatını yerinə yetirməsini təmin etmək üçün lazım olan bütün resurslara malik olmasını təmin edəcəyik”, deyə bəyanatda bildirilir.

Sentyabrın 24-nə keçən gecə Kosovonun şimalında naməlum şəxslər yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Eyni zamanda, bölgədəki NATO qüvvələri vəziyyətin həllinə qoşulmağa hazır olduqlarını bəyan ediblər.

Daha sonra bir qrup maskalı silahlı şəxs Banska pravoslav monastırının ərazisinə soxulub. Buna cavab olaraq Kosovo polisi xüsusi əməliyyat keçirərək bir neçə hücumçunu öldürüb. Həmin gün Serbiya prezidenti Aleksand Vuçiç respublikanın Təhlükəsizlik Şurasının iclasını çağıırıb.

Samir

0