İqor Dodon: \"Maya Sandu Dnestryanıda münaqişəyə başlaya bilər\"

23:39 / 08.12.2023
249

Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, respublikanın hazırkı lideri Maya Sandu gələn il keçiriləcək prezident seçkilərində məğlub olmamaq üçün Dnestryanıda münaqişəyə başlaya bilər. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun fikrincə, Maya Sandu növbəti seçkilərdə uduzacaq, bu haqda onun özü də bilir. Dodin əlavə edib ki, qarşıdan Avropa Parlamentində və ABŞ-da da seçkilər gəlir və onların Moldova prezidentinə ayırmağa vaxtları olmayacaq.

O, ümid etdiyini bildirib ki, bu vəziyyət onu və ətrafındakıları daha altı ay və ya bir il prezident olmaq üçün “müharibə başlatmağa çalışmaqdan”sa, seçkiləri ləyaqətlə uduzmağın daha yaxşı olacağına inandıracaq.

Bundan əvvəl Dodin bildirib ki, müxalifətdə olan Sosialist Partiyası yerli seçkilərin nəticələrinə görə, regionlarda hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) ilə ittifaqdan imtina edib, lakin bir sıra sahələrdə birgə səsvermə haqqında razılaşmalar var. O əlavə edib ki, sosialistlər öz gündəmlərindən əl çəkməyəcəklər. Dodon hakim komandanın getməsinin partiya üçün əsas məsələ olduğunu vurğulayıb.

Samir

0