Prokurorlar Trampı əmlakını müsadirə etməklə hədələdi

DÜNYA
17:13 / 21.02.2024
212

Nyu-York əyalətinin baş prokuroru Letitia Ceyms ABŞ prezidentliyinə namizəd və Ağ Evin keçmiş rəhbəri Donald Trampın Trump Organisation ilə fırıldaqçılıq işində təqribən 355 milyon dollar ödəmədiyi təqdirdə onun aktivlərinin müsadirə olunmasını tələb edəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Ceymsin sözlərinə görə, siyasətçi cəriməni ödəyə bilməsə, prokurorluq qərarın icrası üçün məhkəməyə müraciət edəcək və onun aktivlərinə həbs qoyulmasını xahiş edəcək.

Prokuror aydınlaşdırıb ki, müsadirə Uoll-stritdə Trampa məxsus göydələni əhatə edə bilər.

Fevralın 17-də Nyu York məhkəməsi Donald Trampı dələduzluqda təqsirli bilib. ABŞ-ın keçmiş prezidenti 355 milyon dollar cərimə ödəməli olacaq. Bundan başqa, ona 3 il müddətinə Nyu-York ştatında şirkətlərdə rəhbər vəzifələr tutmaq qadağan edilib.

Samir

0