Almaniya Ukraynanın bu il hücuma keçə biləcəyinə şübhə edir

DÜNYA
19:36 / 21.02.2024
229

Bundestaqın Avropa Məsələləri Komitəsinin rəhbəri Anton Hofreiter Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildə hücum əməliyyatları keçirə biləcəyinə şübhə edir. Çünki ölkəyə ABŞ-dan sursat və dəstək yoxdur. 

HİT.az xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.

"Ukrayna ordusunun bu il cəbhəni tuta bilməsi vacibdir. Əgər bu müddət ərzində Avropada sursat və digər texnikanın istehsalı artarsa, ümid etdiyimiz kimi, Ukrayna ordusu 2025-ci ildə Rusiyaya müdafiə müharibəsində qalib gələ biləcək", deyə Hofreiter bildirib.

Onun sözlərinə görə, Ukraynanın yaxın aylarda əldə edə biləcəyi ən yaxşı şey Rusiyanın yeni əraziləri nəzarətə götürməsinin qarşısını almaqdır.

Bundan əvvəl NBC müxbiri Riçard Enql bildirmişdi ki, Avdiivka şəhərinin təslim olmasından sonra Ukrayna digər ərazilərini itirməyə başlaya bilər:

"Ərazilərinizi itirməyə başlayanda və geri çəkilmək məcburiyyətində olduqda, onu çox tez itirə bilərsiniz. Beləliklə, indi elə bir vəziyyət yaranıb ki, Ukrayna Silahlı Qüvvələri geri çəkilir".

Samir

0