Putinin hədəfində başqa ölkələr də var? - \"Rusiyanın Baltikyanı ölkələrə, Moldova və Gürcüstana...\"

12:34 / 29.02.2024
1159

Son günlərdə dünya mediasında Rusiyanın Ukraynadan sonra başqa ölkələrə də hücum edəcəyi ilə bağlı iddialar səsləndirilir. 

Xüsusilə Baltikyanı ölkələrin hücum hədəfi ola biləcəyi önə sürülür. Həmçinin, Rusiyanın Moldova və Gürcüstana da hücum etməyi nəzərdən keçirdiyi barədə xəbərlər tirajlanır. Bu isə əlbəttə ki, müzakirələrə səbəb olur. 

Ümumiyyətlə, sözügedən iddialar nə dərəcədə həqiqətə uyğundur? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, bəhsi keçən iddialar həqiqəti əks etdirmir:

"Rusiyanın Ukraynadan sonra Baltikyanı ölkələrə və ya başqa dövlətlərə hücum edəcəyi ilə bağlı səslənən iddiaların heç bir əsası yoxdur. Əvvəla nəzərə almaq lazımdır ki, Baltikyanı ölkələr NATO üzvləridir. Yəni hansısa hücumun olması birbaşa NATO-ya hücum kimi qiymətləndiriləcək. Belə olan halda Rusiya bütün alyans ölkələrinin öz qarşısına almış olar".

344798

Ekspert Rusiyanın Moldova və Gürcüstana hücum etmək istədiyi barədə ehtimallara da toxunub:

"Rusiyanın Moldova və Gürcüstana hücum etməsi ilə bağlı səslənən iddialar da inandırıcı deyil. Çünki həmin ölkələr Avropa İttifaqının üzvlüyünə namizəddir. Onlara da hücum Avropa İttifaqına hücum kimi qiymətləndirilə bilər". 

Rəşad Bayramov qeyd edib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynaya daha çox dəstək verməlidir:

"Dəstək baxımından da ən real yol Ukraynanı lazım olan avadanlıqlarla təmin etməkdir. Amma hər keçən gün Qərbin bu istiqamətdə Kiyevə dəstəyi azalmağa doğru gedir. Bəzi Avropa ölkələrinin liderləri Ukraynaya bundan artıq dəstək verə bilməyəcəklərini deyirlər. NATO-nun baş katibi Yens Stoltenberq də alyansın silah istehsalının Ukraynanın tələbatlarını ödəyəcək səviyyədə olmadığını ilə bağlı bəyanatlar verir. 

Hətta Rusiya və Ukraynanın mütləq şəkildə sülh danışıqlarına başlaması barədə məsələlər gündəmə gətirilir. Görünən odur ki, Qərb ölkələri Ukraynaya bundan daha artıq dəstək verməkdə maraqlı deyillər. Ona görə də bütün imkanları ilə tərəfləri bir masa ətrafına gətirməyə çalışırlar. Elə yaxın günlərdə İsveçrədə keçiriləcək Ukrayna ilə bağlı sülh konfransının da bu istiqamətdə atılmış bir addımdır".

Pərviz

0