ABŞ hərbi müdaxilələr nəticəsində 14 trilyon dollar itirib

DÜNYA
10:20 / 08.04.2024
142

"ABŞ-ın hərbi müdaxilələri məntiqsizdir və amerikalıların özlərini bezdirməyə başlayır". 

HİT.az xəbər verir ki, bu X sosial şəbəkəsində Pentaqonun keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor bildirib.

"Amerikalılar uğursuzluğa məhkum olan bu mənasız və axmaq hərbi müdaxilələrdən bezməyə başlayırlar", deyə keçmiş müşavir yazıb.

Makqreqor "Fortune" jurnalının məlumatlarına istinadən bildirib ki, ABŞ son 20 ildə digər ölkələrə müdaxilələr nəticəsində 14 trilyon dollar itirib.

ABŞ ordusunun təqaüdçü polkovniki də Vaşinqtonun siyasətinin nə qədər yaxşı olduğunu şübhə altına alıb.

Bundan əvvəl Amerikanın Sakit okeandakı quru qoşunlarının komandanı Çarlz Flinn bildirmişdi ki, ABŞ Çini cilovlamaq üçün özünün orta mənzilli raketlərini Asiyada yerləşdirmək niyyətindədir. O bildirib ki, ABŞ Hind-Sakit okean regionunda müttəfiqləri ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Samir

0