İyun ayında doğulan insanların xüsusi və sehrli aurası olduğu iddia edilir

MARAQLI
20:59 / 19.11.2026
38

Astrologiya və numerologiyaya görə, insanın doğulduğu ay onun xarakterinə və enerjisinə təsir göstərə bilər. Bu baxımdan iyun ayında dünyaya gələnlər xüsusi auraya malik insanlar kimi xarakterizə olunur. Onlara iti zəka, oynaq təbiət, güclü intuisiya və ətrafdakılara xoş enerji bəxş etmək xüsusiyyətləri aid edilir.

HİT.az xəbər verir ki, bu barədə “Parade” nəşri məlumat yayıb.

Astroloqların fikrincə, iyun ayında doğulan insanlar gündəlik həyatın adi çərçivələrindən bir qədər kənarda düşünür, ətrafdakıların diqqətini öz cazibədarlıqları ilə cəlb edirlər. Bu ay Əkizlər və Xərçəng bürclərini əhatə etdiyindən, həmin şəxslərdə həm ünsiyyətcillik və maraq, həm də həssaslıq və güclü emosional intuisiya birləşir.

Yay sehrinin təsiri

İyun ayında doğulanların xüsusi aura ilə əlaqələndirilməsinin səbəblərindən biri də yay gündönümüdür. Avropa folklorunda bu dövr pərilərin və sehrli varlıqların fəallaşdığı zaman kimi təsvir olunur. Hətta Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsərində də bu mistik atmosfer öz əksini tapıb.

Astroloqlar hesab edirlər ki, iyun doğumluları həmin dövrün simvolik enerjisini özlərində daşıyırlar. Onlar adi hadisələrdə belə qeyri-adi məqamları görməyi və gündəlik anlara xüsusi məna qatmağı bacarırlar.

Oynaq xarakter və həssaslıq

Bu ayda doğulanların digər fərqləndirici xüsusiyyəti ünsiyyətcilliklə həssaslığın bir arada olmasıdır. Əkizlər bürcündə doğulanlar iti düşüncələri, maraqları və yumor hissi ilə seçilirlər. Xərçənglər isə qayğıkeşlikləri və başqalarının hisslərini anlamaq bacarıqları ilə xarakterizə olunurlar.

Onlar kollektivdə asanlıqla diqqət mərkəzinə çevrilsələr də, ətrafdakı insanların əhvalını və emosional vəziyyətini də tez hiss edə bilirlər.

Çiçəkləri və qiymətli daşları da xüsusi məna daşıyır

İyun ayının simvolları qızılgül və hanımeli çiçəyidir. Bu bitkilər gözəllik, romantika və zərifliklə əlaqələndirilir.

Ayın qiymətli daşları isə mirvari, ay daşı və aleksandrit hesab olunur. Xüsusilə aleksandrit işıqlandırmadan asılı olaraq rəngini dəyişməsi ilə seçilir. Astroloji yozumlarda bu daşların iyun ayında doğulan insanların çoxşaxəli, sirli və cazibədar təbiətini əks etdirdiyi bildirilir.

Samir

0