Sentyabrda Gürcüstandan 23 min 780 baş qoyun alınıb – Biri 177 manata

İQTİSADİYYAT
22:36 / 19.11.2026
35

Bu ilin sentyabr ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumilikdə 25 130 baş diri qoyun idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan diri qoyunların ümumi gömrük dəyəri 2 milyon 605 min dollar olub.

Qeyd edək ki, idxal edilən diri qoyunun bir başının orta gömrük dəyəri 103,6 dollar (176 manat) təşkil edib.

Qeyd edək ki, sentyabr ayında Azərbaycana diri qoyunlar aşağıdakı ölkələrdən gətirilib:

Gürcüstan – 23 780 baş (bir başının orta gömrük dəyəri 177 manat)

Rusiya – 1 350 baş (162 manat)

 

0