Slovakiyanın baş naziri: "Qərb bizi cəzalandıra bilər"

DÜNYA
11:03 / 08.04.2024
153

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Qərb Bratislavanı Ukraynada "tezliklə sülhə nail olmağa" çağıran və bu ölkəyə silah göndərilməsinə qarşı çıxan sosial demokrat Piter Pelleqrinini prezident seçməsinə görə cəzalandıra bilər. 

HİT.az xəbər verir ki, hökumət başçısı müvafiq videomüraciəti özünün "Facebook" səhifəsində xalqa ünvanlayıb.

"Biz Slovak batalyonlarını Ukraynaya göndərməkdən çəkinməyən liberal müxalifətin nümayəndəsi İvan Korçoku yox, Peter Pelleqrinini seçdiyimizə görə Qərbin mümkün cəzasını da nəzərə almalıyıq", deyə baş nazir bildirib.

O xatırladıb ki, 2023-cü ilin sentyabrında Slovakiyada keçirilən parlament seçkilərində rəhbərlik etdiyi İstiqamət - Sosial Demokratiya Partiyasının qələbəsindən sonra Avropa İttifaqındakı həmkarlarının təbrikləri əvəzinə, Ukrayna ilə bağlı mövqeyinə görə Avropa Sosialistləri Partiyasından çıxarılıb.

"Avropa Komissiyası sırf siyasi səbəblərə və prezident seçkilərinin nəticələrinə görə Avropa İttifaqı fondlarından bizə ödənişləri dayandırsa, təəccüblənmərəm", deyə Robert Fiko əlavə edib.

Qeyd edək ki, Peter Pelleqrini şənbə günü Slovakiyada keçirilən prezident seçkilərinin ikinci turunda əhəmiyyətli səs fərqi ilə qalib gəlib. O, rusyayönlü siyasətçi kimi tanınır.

Samir

0