İranla İsrail arasında müharibə olacaq? - ŞƏRH 

DÜNYA
10:27 / 15.04.2024
245

"İranın İsrailə raket hücumları Dəməşqdəki konsulluğa olan hücumun hesabda qisas əməliyyatı kimi təqdim edildi".

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında İranın İsrailə hava hücumunu şərh edərkən deyib. 

O bildirib ki, əslində İran qisas ala bilmədi:

"Yəni hansı qisas alındı? Hesab edirəm ki, İran Yaxın Şərqdə olan reputasiyasını son illər ərzində çox itirib. Üstəlik, raket hücumu nəticəsində real olaraq İsrailin heç bir hərbi bazası vurulmadı. İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri hücumların qarşısını ala bildi. 

Bundan başqa, İran sadəcə İsrailə deyil, İordaniya da təhlükə yaratmış oldu. Məsələ bundadır ki, İran-İsrail münaqişəsi illərdir davam edən proksi mərhələsindən birbaşa müstəviyə keçdi". 

347883

Ekspert diqqətə çatdırıb ki, artıq Yaxın Şərqdə tamamilə yeni reallıqlar var:

"Bu yeni reallıqlar isə Yaxın Şərqdə olan balans nisbətini dəyişə bilər. İndiki məqamda İsrail ABŞ ilə danışıqlardan sonra İrana hücum haqqında düşünmür. İsrailin əsas məqsədi proksi qüvvələrlə əlaqəlidir.

İran isə Yaxın Şərqdə olan proksi qüvvələrinə güvənir. HƏMAS və Hizbullah kimi təşkilatlar İsrailin təhlükəsizliyinə ziddir. İsrail regionda Böyük Britaniya və ABŞ-yə arxalanaraq öz məqsədlərini həyata keçirir".

Rüstəm Tağızadənin fikrincə, İran bu hücumla hər hansısa nəticə əldə edə bilməyəcək:

"Bu hücum sadəcə olaraq Dəməşqdəki hücuma qarşılıq idi. Ancaq müharibə Yaxın Şərqdə davam edəcək. Hesab edirəm ki, İran isə yaxın zamanlarda öz geosiyasi vəziyyətini daha da mürəkkəb bir hala gətirəcək".

Pərviz

0