Məsud Pezeşkian hansı addımları atacaq? - ŞƏRH

DÜNYA
13:35 / 08.07.2024
253

"İslahatçı Məsud Pezeşkianın İran prezidentliyinin ikinci turunda heyrətamiz qələbə qazanması son illərdə ölkənin istiqamətindən dərin narazılığı əks etdirir və Qərblə potensial yeni əməkdaşlıq yolları açır". 

Bu sözləri Azərbaycan Yəhudiləri Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib.

O vurğulayıb ki, seçkinin ikinci turunda seçici fəallığı da rekord dərəcədə artdı:

"Pezeşkian 16.384.403 səs qazanaraq 13.538.179 səs toplayan ultra-mühafizəkar Səid Cəlilini 49.8% səsvermədə məğlub etdi. O, ilk turda da mühafizəkarların üç rəqibini məğlub edərək, birinci yerə çıxmışdı.

Pezeşkian qadınların hicab geyinib-geyinməməsinə icazə verilməsinin və hökumətin senzurasından qaçmaq üçün əhalinin VPN bağlantılarından istifadə etməsini tələb edən internet məhdudiyyətlərinə son qoyulmasının tərəfdarı olub".

353720

Ekspert hesab edir ki, islahatçıların hakimiyyətə gəlməsini İranın Ali dini rəhbəri də istəyib:

"Çünki son illər ərzində İrana qarşı Qərb dövlətlərinin sanksiyası və İsrail ilə mübarizə aparması nəticəsində İranın iqtisadiyyatı çətin vəziyyətə düşüb. Bundan başqa, İranın Rusiya-Ukrayna müharibəsində Rusiyaya silah satması ABŞ-ni daha da qıcıqlandırdı.

Görünən odur ki, İran Qərb dövlətləri ilə yaxınlaşmaq istəyir. Həmçinin maliyyə yardımı almaq kimi gözləntilər də var. Bu baxımdan İranda reformistlərin hakimiyyətə gəlməsi son zamanların siyasi cəhətdən məntiqi ardıcılığıdır".

Rüstəm Tağızadə İranda bundan sonra nələrin gözlənildiyi barədə isə bunları deyib:

"Fikrimcə, indiki zamanda İranın əsas məqsədi münaqişə yaratmadan siyasi sabitliyi qorumaq, Qərb dövlətləri ilə korlanmış münasibətləri düzəltməkdən ibarətdir. Bu tezisdən çıxış edərək İranın İsrailə qarşı yönəltdiyi proksi qüvvələrin aqibəti təbii ki, İsrailin aparacağı müharibədən sonra məlum olacaq. Yeni Prezident reformist olsa da, Ali dini rəhbərin reformist ideyalarından uzaq olduğu hamıya məlumdur". 

Pərviz

0