Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüş təşkil etmək üçün ciddi hazırlıq lazımdır.
HİT.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Biz Moskvada həm üçtərəfli, həm də birbaşa maraqlı olan iki tərəf, rəsmi Dəməşq və Ankaranın nümayəndələri arasında görüşlər keçirməyə həmişə hazırıq”, deyə xarici işlər nazirinin müavini bildirib.
Boqdanov əlavə edib ki, Rusiya bir-biri ilə həmsərhəd olan iki dövlət arasında münasibətlərin normallaşdırılması kursunu dəstəkləyir.
İyulun sonunda "Türkiyə" qəzeti yazıb ki, Ərdoğanla Əsəd arasında on ildən artıq müddətdə ilk görüş avqustda sərhəd-keçid məntəqəsində baş tuta bilər.
Daha sonra nəşr yazıb ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin türkiyəli həmkarı İbrahim Kalınla Türkiyə və Suriya liderlərinin görüşünün tarixi və yerini müzakirə edib.
Eyni zamanda, qəzetin yazdığına görə, Türkiyə və Suriya prezidentlərinin görüşünə paralel olaraq Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.
Samir