Yeni geosiyasi reallıq Berlinin ABŞ istehsalı “Tomahawk” qanadlı raketlərinin alınması planlarını yenidən nəzərdən keçirməsinə səbəb olur. ABŞ tərəfindən hələ də icazə verilməyib və Almaniya daha çox Avropa alternativlərinə yönəlir.
HİT.az xəbər verir ki. bu barədə “Defence Express” analitikləri bildirir.
Məlumata görə, Almaniya artıq bir ilə yaxındır ki, “Tomahawk” raketlərinin Typhon yerüstü buraxılış qurğularında istifadəsi üçün rəsmi razılıq gözləyir. Qərarın may ayında qəbul edilə biləcəyi ehtimal olunsa da, sazişin reallaşması ilə bağlı şübhələr artır. Səbəblərdən biri ABŞ-ın İranla müharibəyə çəkilən xərcləri ilə bağlı maliyyə yüküdür.
Almaniyanın “Hartpunkt” nəşri yazır ki, vəziyyəti ABŞ–Almaniya münasibətlərinin soyuması da çətinləşdirir. Vaşinqtonun Almaniyadakı hərbi mövcudluğunu azaltması və “Tomahawk” batareyalarının yerləşdirilməsindən imtina etməsi də bu prosesə təsir edir.
Nəticədə Almaniya 1000 km-dən çox məsafədə hədəfləri vurmaq imkanında boşluqla üzləşir. Avropa daxilində hazırlanmaqda olan sistemlər – xüsusilə ELSA proqramı (European Long Range Strike Approach) – yalnız 2030-cu illərdə hazır ola bilər ki, bu da keçid dövründə boşluq yaradır.
Eyni zamanda analitik Jeff21461-in məlumatına görə, Berlin artıq “Tomahawk”ı əsas seçim kimi nəzərdən keçirmir. Diqqət Avropa istehsalı alternativlərə yönəlir – mümkün variantlar arasında “Taurus Neo”, “LCM” və “3SM” göstərilir.
Paralel olaraq Almaniya ABŞ-dan asılı olmadan uzaqmənzilli zərbə imkanlarını inkişaf etdirmək üçün infrastruktur qurmağı planlaşdırır. Buraya rabitə sistemləri, peyk təminatı, komanda mərkəzləri və əməliyyat planlaşdırma proqramları daxildir.
“Defence Express”in qeyd etdiyinə görə, ABŞ-dan gecikmələr Avropa ölkələrini öz müdafiə sənayesinə daha çox investisiya qoymağa məcbur edir. Tələbatın artması istehsalın sürətlənməsinə də təkan verə bilər.
Hazırda “Tomahawk”a tam Avropa alternativi kimi NCM (MdCN) raketi göstərilir. Bu bazada LCM sistemi hazırlanır. Lakin Fransa tərəfindən uzun müddət yeni sifariş verilmədiyi üçün istehsal yenidən bərpa edilir. Oxşar vəziyyət “Taurus Neo” layihəsində də müşahidə olunur.
Bu fonda Ukraynanın uzaqmənzilli dron layihələri – “An-196 Lyutıy” və FP-1 – üçün də müəyyən imkan pəncərəsi açılır, lakin onlar qanadlı raketləri tam əvəz edə bilmir. “Uzun Neptun” layihəsinin isə 1000 km-ə qədər məsafə vəd etdiyi bildirilir.
İranla müharibə göstərdi ki, bir çox ölkələr ucuz dronlara qarşı daha sadə və effektiv hava-hava raketlərindən istifadə etməyə məcbur qalır. Forbes yazır ki, İraq Kürdüstanı 800-dən çox raket və dron hücumuna məruz qalıb və öz hava hücumundan müdafiə sisteminə malik deyil.
Bölgə dronlara qarşı müdafiə vasitələri almağa çalışsa da, müstəqil dövlət olmadığı üçün tam sistemlər əldə edə bilmir. Bağdad isə sistemlər alsa da, onları Kürdüstanla paylaşmır.
Samir


