Türkiyənin ən məşhur aktrisalarının karyeralarına nəzər salmağa davam edirik.
Bu dəfə sırada Afra Saraçoğlu var. 28 yaşlı aktrisa gənc yaşında populyarlaşmağı bacarıb. Az layihədə rol alsa da, seçimləri onun karyerasına müsbət təsir edib. Əsas məşhurluq gətirən serialı isə “Yalı Çapkını” olub. Onun sözügedən ekran işində canlandırdığı “Seyran” obrazı ölkə xaricində də tanınmasına səbəb gətirib çıxarıb. Afra Saraçoğlu hazırda çəkildiyi “A.B.İ.” serialındakı performansı də izləyiciləri heyran qoyur. Beləliklə, gözəl aktrisanın çəkildiyi serialları xatırlayaq...
Hit.az Afra Saraçoğlunun çəkildiyi serialların siyahısını təqdim edir:
• "Fazilet Hanım ve Kızları" - "Ece" (2017-2018)
• "Kardeş Çocukları" - "Hayat" (2019)
• "Öğretmen" - "Gizem" (2020)
• "Yalı Çapkını" - "Seyran" (2022-2025)
• "A.B.İ." - "Çağla" (Davam edir).
Pərviz Şimşək


