Çempionlar Liqasının ilk finalçısı bəllidir

İDMAN
11:06 / 06.05.2026
39

Ötən gecə Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Hit.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Arsenal" Londonda "Atletiko"nu qəbul edib. Maraqla gözlənilən görüşdə İngiltərə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə yekunlaşıb. 

Beləliklə, "Arsenal" "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib və Çempionlar Liqasının finalına yüksəlib. Komanda Avropanın əsas klub turnirinin finalında "Bavariya" - PSJ cütünün üstün tərəfi ilə qarşılaşacaq.

5 may

23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0

Qol: Saka, 45

İlk oyun - 1:1

0