Avropa İttifaqının bəzi ölkələri Rusiyadan gəldiyi iddia olunan hibrid təhdidlərə cavab olaraq əvvəllər bloklanmış bir sıra tədbirlərin həyata keçirilməsinə çağırıb. Söhbət Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsindən, Rusiya mayeləşdirilmiş təbii qazının daşınmasına qadağa qoyulmasından və ölkə vətəndaşları üçün viza rejiminin sərtləşdirilməsindən gedir.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, avropalı rəsmilər artıq bir neçə aydır Rusiyanın qitəyə qarşı sözügedən kampaniyasını gücləndirəcəyini gözləyirlər. Mənbələrin sözlərinə görə, Aİ hələ də bu məsələdə prinsip etibarilə müdafiə xarakterli siyasətini dəyişməyib.
"Bəzi Avropa İttifaqı üzvləri blokun daha əvvəl dayandırılmış sanksiyaları qəbul etməklə, o cümlədən dondurulmuş aktivlərin müsadirəsi, Rusiya mayeləşdirilmiş təbii qazının daşınmasına qadağa və viza rejiminin məhdudlaşdırılması ilə cavab verməsinə çağırıblar", deyə nəşr mənbələrinə istinadən bildirib.
Mənbələr həmçinin qeyd ediblər ki, Aİ yüzlərlə fiziki və hüquqi şəxsə qarşı sanksiyalar hazırlayır. Bu tədbirlərin payızda qəbul edilməsi planlaşdırılır.
Bundan əvvəl NATO-nun Strateji təhlil və planlaşdırma qrupunun keçmiş rəhbəri Stefani Babst Rusiyanın alyansa qarşı hibrid müharibə aparmağa hazırlaşdığını iddia edib. O, müttəfiqlərin belə bir qarşıdurmaya qarşı vahid yanaşma formalaşdırmalı olduğunu bildirib.
Avqust ayında Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Avropaya tanklarla əlaqəli olmayan «müharibə elan etdiyini» və sözdə dezinformasiya vasitəsilə cəmiyyətdə parçalanma yaratdığını iddia edib.
Samir


