London Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının (NHNN) cərrahları 48 yaşlı kişinin beynindəki şişi çıxarıblar.
HİT.az xəbər verir ki, əməliyyat zamanı onlar cərrahi alətlərin hərəkətini izləmək və ən təhlükəli sahələri müəyyənləşdirmək üçün süni intellektdən (Al) istifadə ediblər.
Süni intellekt əməliyyata birbaşa müdaxilə etməyib. Sistem yalnız cərrahi proseduru real vaxt rejimində təhlil edib, alətlərin hərəkətini izləyib və onların toxumalarla təmas ehtimalını qiymətləndirib.
NHNN-in məlumatına görə, beynin bu nahiyəsində hipofiz vəzi, qan damarları və görməyə nəzarət edən sinirlər bir-birinə çox yaxın yerləşir. Hətta millimetrlik səhv belə ölüm, korluq və ya insultla nəticələnə bilər. Süni intellektin verdiyi göstərişlər həkimlərə beyində ən həssas sahələri müəyyənləşdirməyə və onlardan uzaq durmağa imkan verib.
Həkimlərin istifadə etdiyi sistem London Universitet Kollecinin (UCL) Houks İnstitutunda hazırlanıb. Sistem real vaxt rejimində video da daxil olmaqla müxtəlif məlumatları emal etməyə imkan verən “NVIDIA Clara IGX” aparat platforması əsasında işləyir.
Samir


