Rusiya 2026–2027-ci illərdə daha 600 min nəfəri səfərbər etmək istəyir - Kəşfiyyat

DÜNYA
16:35 / 27.08.2026
33

Rusiya 2026–2027-ci illərdə əlavə səfərbərlik dalğası keçirməyə hazırlaşır. 

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) və Xarici Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən UNIAN yazıb.

Məlumata görə, Rusiya Baş Qərargahı bu və gələn il müəyyən edilmiş müddətlərdə 600 min nəfərin əlavə səfərbər edilməsi variantını artıq hazırlayıb. Onların ilk növbədə Ukraynaya qarşı döyüşən birləşmə və hərbi hissələrin, eləcə də hazırda formalaşdırılan bölmələrin komplektləşdirilməsinə cəlb edilməsi planlaşdırılır.

Kəşfiyyatın məlumatına əsasən, səfərbər ediləcək şəxslərin hazırlıq müddəti onların təlim səviyyəsindən və döyüşdə nəzərdə tutulan xidmət müddətindən asılı olaraq 15–60 gün təşkil edə bilər.

GUR və Xarici Kəşfiyyat Xidməti bildiriblər ki, səfərbər olunanların bir hissəsinin Belarus ərazisindəki poliqonlarda hazırlanması da istisna edilmir.

Kəşfiyyatın qiymətləndirməsinə görə, Rusiya prezidenti Vladimir Putin səfərbərliklə bağlı qərarı böyük ehtimalla sentyabrın 18–20-də keçirilməsi planlaşdırılan Dövlət Dumasına seçkilərdən sonra qəbul edəcək.

Beləliklə, Ukrayna kəşfiyyatının məlumatlarına əsasən, Moskva qarşıdakı iki il ərzində ordusuna əlavə 600 min nəfər cəlb etməyi planlaşdırır.

Samir

0