ABŞ Avropanın konvensional müdafiə və Ukraynaya dəstək məsələlərində əsas rolu öz üzərinə götürəcəyini gözləyir.
HİT.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi NATO-nun mənzil-qərargahında bildirib.
“Biz Avropanın — açıq şəkildə çox zəngin qitə olan Avropanın — öz konvensional müdafiəsi üçün əsas məsuliyyəti necə və artıq necə üzərinə götürə biləcəyi barədə ətraflı müzakirə aparırıq. Əlbəttə, ABŞ NATO-da qalır və burada alyansla bağlılığını davam etdirir”, deyə Kolbi bildirib.
Nazir müavininin sözlərinə görə, ABŞ həmçinin Avropanın Ukraynaya dəstək məsələsində aparıcı rolu üzərinə götürməsini gözləyir. Kolbi müttəfiqlərinin bu mövqelərlə bağlı fikirlərini dinləmək niyyətində olduğunu qeyd edib.
Bundan əvvəl Türkiyədə keçirilən NATO sammitində ABŞ qoşunlarının Avropadan tamamilə çıxarılması ehtimalını nəzərdən keçirə biləcəyini açıqlamışdı. İyulun 7-də ABŞ-ın yüksəkvəzifəli məmurlarından biri “The New York Times” qəzetinə bildirib ki, xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində ABŞ-ın potensial kreditləri müdafiə xərclərini artırmayan müttəfiqlər üçün risk altında qala bilər.
Samir


