Moskva, Kiyev və Vaşinqton arasında mümkün üçtərəfli görüş “müxtəlif növ atəşkəslərə” və daha geniş siyasi proseslərin başlanmasına gətirib çıxara bilər.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "Ukrinform"a müsahibəsində bildirib.
“Biz bu formatda görüşlərə hazırıq. Növbəti raundların nəticələrinin necə ola biləcəyini də anlayırıq: humanitar məsələlərdən müxtəlif növ atəşkəslərə və ya daha geniş siyasi proseslərə qədər”, – deyə Sibiqa bildirib.
Onun sözlərinə görə, uğur əldə etmək baxımından ən böyük imkan liderlərin üçtərəfli görüşündədir. Nazir iddia edib ki, Rusiya bununla bağlı hazır olduğunu göstərən siqnallar verməyib, lakin “amerikalılar işləyirlər”. Ukraynanın xarici işlər naziri vurğulayıb ki, ABŞ-ın iştirakı olmadan münaqişəni başa çatdırmaq mümkün olmayacaq.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, dekabr ayında Mayamidə keçiriləcək "Böyük iyirmilik" ("G20") sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə mümkün üçtərəfli görüş real nəticələrə gətirib çıxara bilər.
Ukrayna prezidentinin fikrincə, ABŞ prezidenti Donald Trampın, Avropa, Çin, Hindistan və Yaxın Şərq ölkələrinin nümayəndələrinin iştirakı nəticə əldə edilə biləcək görüş üçün zəmin yarada bilər.
Samir


