İcra Hakimiyyətindən yolla bağlı açıqlama

İQTİSADİYYAT
20:00 / 19.05.2020
1321

“Xırdalan şəhərində avtomobil yollarının təmir-tikinti işləri İcra Hakimiyyətinin təqdim etdiyi layihəyə əsasən aparılır”.

Hit.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli magistral yolda səkinin qurulmaması ilə bağlı yayılmış fotoya münasibət bildirən zaman deyib. Onun sözlərinə görə, şəhərdə yenidənqurma işləri karantin müddətində də dayanmayıb və hazırda da davam edir:

“Heydər Əliyev prospektinin 3.2 km-lik hissəsi tam hazırdır. Təqribən 2 km-lik hissəsində isə işlər davam edir. Təmir işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı konkret vaxt demək bir qədər çətindir. İşlərin gedişatından asılıdır”.

Abşeron Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə təmir-tikinti işləri hələ yekunlaşmayıb:

“Hazırda yolda iş davam edir. Hələ ki, iş tamamlanmayıb. Birinci qat vurulub, daha sonra bardur döşənəcək, səki qoyulacaq və asfalt örtüyü çəkiləcək”.

0
Qafqazinfo.az