"Azərbaycan Coca-Cola Bottlers" MMC istehsal etdiyi bəzi məhsulların satış qiymətini artırıb.
Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, şirkət son 4 gündə "Coca-Cola", "Fanta", "Sprite" məhsullarının qiymətini plastik qabda 2 litiri 1 manat 50 qəpikdən 1 manat 60 qəpiyə yüksəldib.
Satıcılar şirkətin digər məhsullarının qiymətində də artımı istisna etmirlər.