11-17 yaş aralığında olan yeniyetmələr internet fırıldaqçıları üçün daha asan hədəfə çevrilə bilər. Bu barədə klinik psixoloq, psixologiya üzrə fəlsəfə doktoru Svetlana Kolobova bildirib.
HİT.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu yaş dövründə uşaqlar müstəqil qərarlar verməyə və problemlərini özləri həll etməyə çalışırlar. Lakin riskləri və qərarlarının mümkün nəticələrini düzgün qiymətləndirmək bacarığı hələ tam formalaşmadığından onlar manipulyasiyalara daha həssas olurlar.
Psixoloq qeyd edib ki, dələduzlar yeniyetmələrə əsasən güclü emosiyalar vasitəsilə təsir göstərirlər. Qorxu, maraq, həyəcan, tələskənlik və hətta romantik münasibətlər bu məqsədlə istifadə olunan vasitələr sırasındadır. Məsələn, cinayətkarlar yeniyetmədən təcili şəkildə şəxsi məlumatlarını, bank kartı məlumatlarını və ya pul göndərməsini tələb edə bilərlər.
11 yaşdan kiçik uşaqlar da dələduzların hədəfinə çevrilə bilər. Lakin bu yaş qrupunda əsasən pulsuz oyun, hədiyyə və ya mükafat vədlərindən istifadə olunur. Uşaqlar internetdə kiminlə ünsiyyətdə olduqlarını hər zaman müəyyən edə bilmədikləri üçün tanımadıqları şəxslərin tələblərini daha asan yerinə yetirə bilirlər.
Mütəxəssislər valideynlərə uşaqlarla internet təhlükəsizliyi barədə mütəmadi danışmağı və şəxsi məlumatların tanımadığı şəxslərlə paylaşılmamasını izah etməyi tövsiyə edirlər.
Samir


