Azərbaycan banklarının TOP-10-luğuna yeni bank daxil olub.
Hit.Az xəbər verir ki, 1 iyul 2021-ci il tarixində aktivlərinə görə ən böyük 10 bankların siyahısında yer alan “PremiumBank” 1oktyabr tarixinə olan reytinqdən kənarlaşıb. Bankı siyahıdan “Turan Bank” ASC çıxarıb. Belə ki, cari ilin ikinci rübündə 602.95 mln. manat aktivə sahib olan “Turan Bank” üçüncü rübün sonuna 671.28 mln. manatlıq aktivlə ölkənin 10 ən böyük bankına çevrilib.
Ən böyük banka görə ilin ikinci rübün sonu 7-ci yerdə olan Azərbaycan Sənaye Bankı ASC üç ay sonra 8-ci yerə düşüb. Onun yerinə aktivlərində böyük artım edən “Rabitəbank” ASC yüksəlib.
Banker.az