“Bakubus” MMC Qarabağ iqtisadi rayonlarının avtobus parkı üçün yeni avtobusların satınalınması ilə əlaqədar hazırlıqları yekunlaşdırıb.
Bu barədə İqtisadiyyat.az “Bakubus” MMC-dən məlumat əldə edib.
Belə ki, 19 ədəd YUTONG markalı dizel mühərrikli avtobusların satınalınması nəzərdə tutulub.
Məlumata əsasən şirkət avtobusların alqı-satıqısı ilə bağlı Çin şirkəti olan “Yutong Bus Co., Ltd.” ilə müqavilə bağlayıb.
Bağlanmış müqavilənin maliyyə dəyəri 3 391 500 manat olaraq müəyyənləşib.


