"Bakmil" stansiyası istiqamətində qatarların iş qrafiki dəyişdirildi

İQTİSADİYYAT
17:19 / 03.07.2022
2141
İyulun 4-dən iş günləri ərzində "Bakmil" stansiyası və əksinə hərəkət edən qatarların cədvəlinə dəyişiklik edilib.
 
HİT.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.
 
"Bakmil"dən xəttə daxil olan və "Nəriman Nərimanov" stansiyasında xətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakı metropoliteninin rəsmi saytının müvafiq bölməsində (//metro.gov.az/az/schedule) tanış ola bilərsiniz.
 
Yeni iş həftəsi ərzində digər dəyişikliklər barədə sərnişinlərə əlavə məlumatlar təqdim olunacaq.
 
 
0