Külli miqdarda pulu Azərbaycandan apara bilmədi

İQTİSADİYYAT
15:20 / 08.07.2022
605

Xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, “Xanoba” gömrük postunda Rusiyaya gedən Azərbaycan vətəndaşının idarə etdiyi  “İveco” markalı yük avtomobilinə baxış keçirilib. Sürücü avtomobildə 1000 dollar (təxminən 1700 manat) və 58000 rus rublu (təxminən 1566 manat) olduğunu bəyan edib.

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19000 ABŞ dolları (təxminən 32 min 300 manat) aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

0