Nazirlikdə yüksək vəzifəyə təyinat

İQTİSADİYYAT
12:09 / 09.09.2022
927

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

HİT.az unikal-a istinadən xəbər verir ki, Fuad Mayılov Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və İnsan Resursları şöbəsinin müdiri təyin edilib. O bundan əvvəl nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan əvvəl həmin şöbənin müdiri olan Elvin Paşayev iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

0