Zaur Mikayılov “Tesla Azerbaijan” şirkətinin rəhbərinə yüksək vəzifə verdi

İQTİSADİYYAT
15:56 / 06.10.2022
1459
Yeni yaradılan Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutuna direktor təyin olunub.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılovun əmri ilə Dadaşev Mir Mövsüm Anar oğlu təyin edilib.
 
Qeyd edək ki, Mir Mövsüm Dadaşev xaricdə təhsil proqramı çərçivəsində Şotlandiyanın Edinburq şəhərindəki eyniadlı universitetdə, "Business & Accounting” fakültəsinin həm bakalavr, həm də magistr dərəcələrini alıb. Ötən ilin oktyabr ayında Azərbaycanda yeni "Tesla Azerbaijan” adında şirkətini təsis edib. 
 
 
Xatırladaq ki, Zaur Mikayılovun əmri ilə qurumun Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi və Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin vəzifə və funksiyaları "Hidrologioloji Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinə, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi ləğv edilərək, yeni yaradılan Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutuna həvalə olunub.
 
 
0