Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı - FOTO

12:33 / 29.11.2022
668

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub.

APA-nın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumatına görə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası DGK-nin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.

Qeyd edək ki, V. Əliyev 2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb.

Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib.

0