11:01 / 02.12.2022
489

Bakıda 2 yeni rayonun yaranmasına ehtiyac var - Ekspert təyi

Dünya ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrə nəzər salsaq, müxtəlif idarəetmə prinsipləri var. Bu regional idarəetmə prinsipləri əsasən vilayətlərə, quberniyalara və s. əyalətlərə bölünür. Azərbaycanda bu sistem daha çevik şəkildə rayon idarəetməsinə əsaslanır. 

Rayon idarəetməsində əsas məsələ qəsəbə və ya şəhər olmasından asılı olmayaraq, bir mərkəzdən bir neçə qəsəbə və ya yaşayış məntəqəsinin idarə edilməsi deməkdir. Son zamanlar paytaxtın yükünün artması Bakı şəhərinin yenidən Baş planının hazırlanmasını aktual etdi. Bəs yeni planı hazırlamaqda qarşımızda hansı məsələlər durur? 

Azadmedia.az bu sualların cavabını Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovla müzakirə edib.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin son sərəncamları ilə Azərbaycanda iqtisadi rayonlar yaradılıb. Amma paytaxtın özündə birbaşa idarəetmə prinsipi rayon modul tipli idarəetmə sistemidir:

"Doğrudur, müxtəlif infrastruktur layihələri və vətəndaş münasibətləri ASAN xidmətlər üzərində qurulub. Yəni hökumət və digər qurumlar o platforma üzrə cəmləşib və xidmət göstərir. Amma baxaq görək bu gün şəhər idarəetməsində, xüsusən Bakıda bunun üçün əlavə meyara ehtiyac varmı? Əlbəttə, siyahıyaalma və qeydiyyataalma üzrə statistikaya baxsaq, Bakı şəhərində ən azı iki yeni rayon tipli idarəetmə qurumunun yaranmasına ehtiyac var. Bunun biri Ələt İqtisadi rayonudur. Ələt bölgəsi və ətraf yaşayış məntəqəsi Azad İqtisadi potensialına qovuşmalıdır. Bunun vacib səbəblərindən biri nəqliyyatın özəl bölməsi olan logistikanın Ələt İqtisadi Zonasında yerləşmısidir. Gələcəkdə Ələt Azad İqtisadi Zonası adlandırılacaq həmin ərazi daha çevik və operativ işlərin görülməsi ilə yanaşı, idarəetməni də səciyyələndirir. Nəzərə almaq lazımdır ki, Ələt qəsəbəsi və ətraf kəndlər tabeliyində olduğu Qaradağ rayonundan kifayət qədər məsafədədir və vətəndaşların rayon mərkəzinə, xüsusən də Lökbatan qəsəbəsinə getməsində çətinliklər yaranır. Burada bu və digər formada idarəetməni təkmilləşdirmək lazımdır. 
Digər forma isə Bakının Şimal-Qərb bölgələri üzrə yolun üzərində dayanan Müşfiqabad qəsəbəsi, At yalı, Çiçək qəsəbəsi və digər infrastruktur üzərində qurulmuş qəsəbələrdir. Baxmayaraq ki, bunlar Abşeron rayonun mərkəzi hissəsi ilə qonşudur, yaxındır, amma orda yaşayanlar müəyyən bir prosedurları həyata keçirmək üçün birbaşa Qaradağ rayonu ərazisinə getməli, Lökbatan qəsəbəsində problemlərini həll etməlidir. Əlbəttə bu məkan, zaman və ailə büdcəsinə öz təsirini göstərir. Bu və digər qəsəbə və xırda yaşayış massivlərinin daha iri bir formada bir rayon yaradılması onun inkişafını səciyyələndirəcək bir xüsusiyyətə malik olmalıdır".

0