Nazir generalı təqaüdə göndərdi, polkovniki onun yerinə təyin etdi

13:56 / 08.12.2022
911

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Nazirin digər əmri ilə FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib. 

 

0