Prezident sədr müavinlərini vəzifədən azad etdi - SƏRƏNCAM

İQTİSADİYYAT
11:20 / 28.12.2022
880

Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

0