İçməli suyun qiyməti qaldırıla bilər - “Azərsu”dan açıqlama

İQTİSADİYYAT
17:40 / 10.03.2023
1516

“Bu gün suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir”.

HİT.az APA-ya istinadən xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, lakin sudan istifadə birliklərinə 1000 kubu 50 qəpiyə satılır:

“Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər”.

“Azərsu ASC”nin sədr müavini Etibar Məmmədov isə deyib ki, əhaliyə içməli su maya dəyərindən aşağı satılır:

“Tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur”.

0