Azərbaycan nefti kəskin ucuzlaşdı - 75 dollardan aşağı düşdü

İQTİSADİYYAT
10:48 / 21.03.2023
635

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 % azalıb.

HİT.az xəbər verir ki, "Azeri Light"ın bir barelinin qiyməti 74,75 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 73,79 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0