Dünya Bankının Azərbaycanla əməkdaşlıq planı müzakirə edilib

İQTİSADİYYAT
17:34 / 30.03.2023
507

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Bankın 2023-2026-cı illərdə Azərbaycanla əməkdaşlıq planını müzakirə edib.

Hit.az xəbər verir ki, bunu nazir "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Dünya Bankı ilə ölkəmizin iqtisadi əməkdaşlığının gündəliyində olan məsələlər, Bankın hazırladığı investisiya layihələri, 2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasının növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

0