Türkiyənin ixracı martda 4 %-dən çox artıb

İQTİSADİYYAT
16:50 / 04.04.2023
636

Bu ilin mart ayında Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % artaraq 23,6 milyard ABŞ dollarına çatıb.

Hit.az xəbər verir ki, bunu qonşu ölkənin ticarət naziri Mehmet Muş “Tviter”də bildirib.

Onun sözlərinə görə, bu, ölkə tarixində ən yüksək aylıq göstəricidir.

Ötən ay Türkiyədən ən çox motorlu quru nəqliyyat vasitələri (2,9 milyard ABŞ dolları dəyərində), müxtəlif maşınlar (2,3 milyard ABŞ dolları dəyərində) və elektrikli cihazlar (1,4 milyard ABŞ dolları dəyərində) ixrac edilib. Əsas idxalçı ölkələr Almaniya (2 milyard ABŞ dolları), ABŞ (2,3 milyard ABŞ dolları) və İtaliya (1,2 milyard ABŞ dolları) olub.

Hesabat dövründə Türkiyədən milli valyuta - lirə ilə 159 ölkəyə mal satılıb. Həmin mallar 8 460 şirkətin iştirakı ilə ixrac olunub.

0