Nazirlik Naxçıvanda yoxlamalara başlayıb

İQTİSADİYYAT
11:40 / 19.04.2023
591

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına (NMR) gedib.

APA-nın məlumatına görə, muxtar respublikada olan nazirlik əməkdaşları “NMR Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsdə müəyyən yoxlamalar aparıblar. Yoxlamalar daha çox xidmətin son dövrlərdə gördüyü işlər, eyni zamanda, sənədlərin yoxlanılması istiqamətində həyata keçirilib.

Dövlət Nəqliyyat Xidmətindən nazirlik əməkdaşlarının muxtar respublikada olduğunu təsdiq ediblər.

0