İranla kəskinləşən münasibətlər bazarımıza nələr vəd edir?

İQTİSADİYYAT
15:25 / 26.04.2023
633

“İranla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollardan çoxdur. Bu Azərbaycanla İran arasında olan ticarət dövriyyəsinin 10 misli deməkdir. Təbii ki, malların daşınması da tranzit ölkə kimi Azərbaycan üzərindən həyata keçirilir. Biz hələ səfirliyimizə hücum ediləndə sərhədlərin İranın yük maşınlarının üzünə bağlanmasını təklif etmişdik. İranın ən böyük alıcısı ilə ticarəti dayanarsa, maksimum 6 ay ərzində İran daxilində bir-birinin ətini yeyərlər”. 

Bu sözləri HİT.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

İqtisadçı Rəşad Bakuvi isə əks fikirdədir. Onun fikrincə Azərbaycana Çindən daşınan konteyner yüklərinin marşrutları arasında Bəndər Abbas limanı və İran üzərindən tranzit yol hələ ki, azərbaycanlı iş adamları üçün daha ucuz və məqbul hesab olunur:

"Biz yolu bağalasaq, İran da bağlayacaq. Alternativ kimi Poti limanı da var, bu durumda gürcülər də qiymətləri kəllə-çarxa qaldıracaq ki (dəfələrlə ediblər), əziyyətini yenə Azərbaycan iş adamları çəkəcək, bahalaşan bazar bizim bazar olacaq”.

Murad Məmmədli

0