Azərbaycanın Avropa enerji təhlükəsizliyinə töhfəsi 10 ölkəyə qədər genişlənir

İQTİSADİYYAT
17:10 / 26.04.2023
485

“Cənab Prezidentin Bolqarıstan səfərilə Azərbaycanın Avropa enerji təhlükəsizliyinə töhfəsi 10 ölkəyə qədər genişlənir”. 

Bunu HİT.az-a iqtisadçı Eldəniz Əmirli səsləndirib.

“Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstanın “Bulgartransgaz” , Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiya “Eustream” şirkətləri və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanıb. Məqsəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsidir. Belə ki, əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Azərbaycan və Bolqarıstan prezidentlərinin bu tədbirdə iştirakı, o cümlədən 5 ölkədən olan nazirlərin çıxışları prosesin ciddiliyinin və əhəmiyyətinin bir göstəricisi adlandırıla bilər.

Beləcə, Azərbaycan şərqi Avropa üçün enerji təhlükəsizliyi mənbəyinə çevrilmədə davam edir. Çünki, bunun üçün həm bizə olan etimad yetərlidir, həm də ehtiyatlarımız buna imkan verir. Belə ki, bu il Azərbaycanda 33,4 milyon ton neft və 47,2 milyard kubmetr qaz hasilatı planlaşdırılır. Bunun da 24,5 milyard kubmetr qazın ixrac üçün ayrılacağı planlaşdırılır. 2022-ci ilin yekunlarına görə, Azərbaycanda neft hasilatı 32,6 milyon ton olub (kondensatla birlikdə). İxracın payına 26 milyon tondan artıq neft düşüb ki, bu da 2021-ci ilin göstəricisindən dörd faiz və ya 1,09 milyon ton azdır. Bundan başqa, 2022-ci ildə Azərbaycanda hasil edilən 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetri ixrac olunub”, deyə o qeyd edib.

Murad Məmmədli

0