“Suraxanı Bazar”da qalmaqal -  Səhmdarlar məhkəməyə müraciət etdi

İQTİSADİYYAT
20:30 / 02.05.2023
630

“Suraxanı Bazar” Açıq Səhmdar Cəmiyyətində (ASC) ara qarışıb. 

HİT.az xəbər verir ki, qalmaqal o qədər böyüyüb ki, səhmdarlar Ələkbərova İlhamə Şamil qızı, Əsədov Elman Balaəli oğlu və Məmmədova Səbirə Əsgər qızı ASC-ni məhkəməyə verib. 

Səhmdarların iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

İddialara görə, məhkəmə çəkişməsi dividentlərin düzgün bölüşdürülməməsi ilə bağlıdır. 

“Suraxanı Bazar” ASC 19 dekabr 2000-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 42 848 AZN-dir. 

ASC-nin qanuni təmsilçisi isə Qafarov Tural Məmmədrza oğludur.

Bundan əvvəl də səhmdarlar ASC-ni məhkəməyə verib. İş Apellyasiya Məhkəməsinə qədər gedib çıxıb. 

Görünür, məhkəmə qərarı səhmdarları qane etmədiyi üçün onlar yenidən iddia qaldırıblar. 

Anar

0