Hacı İbrahim Nehrəmli borc içində “üzür” - Təkcə vergi borcu yarım milyondan çoxdur

İQTİSADİYYAT
19:38 / 05.05.2023
631

Vaxtilə ölkənin bir nömrəli iş adamı kimi təqdim edilən Hacı İbrahim Nehrəmli biznesi çöküb. 

HİT.az xəbər verir ki, hazırda iş adamının külli miqdarda borcu var. 

Vəziyyət o həddədir ki, onun sahibi olduğu “Avesta Konserni” MMC vergi borcunu ödəyə bilmir. 

Şirkətin bu günə olan vergi borcu isə nə az, nə çox 679 315, 92 AZN-dir. 

Hacı İbrahim Nehrəmli 2015-ci ildə Beynəlxalq Bankla bağlı kredit qalmaqalından sonra problemlər yaşamağa başlayıb. Həmin vaxt məlum olmuşdu ki, o, bankdan 800 milyon manat kredit götürüb. 

Məlumat üçün deyək ki, iş adamı Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. 

İddialara görə, onun biznesdə irəliləməsində bu amil mühüm rol oynayıb. 

Nazim İbrahimov komitə sədri vəzifəsindən 2018-ci ildə çıxarılıb. 

Anar

0