Zakir Qaralovun şirkətinin milyonlarla manat borcu var

İQTİSADİYYAT
19:04 / 10.05.2023
583

Azərbaycanın tikinti sektorunda aparıcı şirkətlərdən olan “Akkord Sənaye Tikinti İnvestrisiya Korporosiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu yaranıb. 

HİT.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 12 957 259.82 AZN təşkil edir. 

Bir müddət əvvəl şirkət vergi borcuna görə məhkəməyə verilmişdi. Lakin “Akkord”un bu məsələ ilə bağlı yaydığı məlumatdan aydın olurdu ki, vergi borcu düzgün hesablanmayıb. 

Bununla belə, apardığımız araşdırmalara görə məhkəmə çəkişməsi hələ davam edir. 

Bəzi iddialara görə, “Akkord” da məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. 

“Akkord” ASC 26 dekabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 83 259 750 AZN-dir. ASC-nin qanuni təmsilçisi isə Ayhan Keskinkılıcdır. 

“Akkord” keçmiş baş prokuror Zakir Qaralovun nəzarətində olan şirkət kimi tanınıb. Uzun illər mediada şirkətin ona məxsus olduğu barədə məlumatlar dərc edilib. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb. 

Anar

0