Azərbaycanda hovuzdan 20 minlik nərə oğurlandı

İQTİSADİYYAT
11:51 / 11.05.2023
460

Astarada balıq kombinatından nərə balıqları oğurlanıb.

HİT.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qapıçıməhəllə kəndində yerləşən “Astara FİSH” MMC-yə məxsus ərazidə baş verib. Kombinat ərazisindəki hovuzdan hər birinin dəyəri 100 manat olan 200 ədəd nərə balığı naməlum şəraitdə oğurlanıb.

Şirkət rəhbərliyi hadisə ilə bağlı Astara RPŞ-yə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.

0