Deputatata məxsus olduğu deyilən şirkət DSX-nin hospitalını məhkəməyə verdi

19:27 / 11.05.2023
525

Dərman bazarında aparıcı şirkətlərdən olan "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Dövlət Sərhəd Xidmətinin hərbi hospitalını məhkəməyə verib.

HİT.az xəbər verir ki, QSC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn mübahisələrdən ibarətdir.

"Avromed Comapany" QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. O, ötən ilin fevralında "Avromed Company”nin baş direktoru vəzifəsinə təyin olunub. 

Mediada gedən məlumatlara görə, şirkətin əsl sahibi deputat Cavanşir Feyziyevdir. Onun tərcümeyi-halında da 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı göstərilir.

2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Feyziyev 2010-cu ilə qədər "Avromed”in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.

Lakin media bu açıqlamanı səmimi qəbul etmir və şirkətin deputata məxsus olması barədə iddialar bu gündə səsləndirıir.

Anar

0