Nazirin bacanağının şirkəti ilə “Azərişıq” arasında məhkəmə çəkişməsi

20:40 / 22.05.2023
493

Sığorta bazarında aparıcı şirkətlərdən olan “Azsığorta” ASC “Azərişıq” ASC-ni məhkəməyə verib.

Hit.az xəbər verir ki, şirkətin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.

İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Bəzi iddialara görə, məhkəmə çəkişməsinin səbəbi sığorta öhdəlikləri ilə bağlıdır. "Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb.

ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur. "Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Anar

0