Merkel Merzin partiyasına uğursuz seçkidən sonra məsləhət verdi

DÜNYA
14:14 / 22.09.2026
45

Almaniyanın keçmiş kansleri Angela Merkel sentyabrın 21-də Bundestaqda keçirilən sərginin açılışında Meklenburq-Ön Pomeraniya federal torpağında seçkidə uğursuzluqdan sonra Xristian Demokrat İttifaqını (XDS) dialoqu bərpa etməyə çağırıb. 

HİT.az xəbər verir ki, onun sözlərini DPA agentliyi yayıb.

"Bu gün kimi bir gündə və dünənki axşamdan sonra Almaniya Federativ Respublikasının ilk kansleri Konrad Adenauerin bizə nələri öyrədə biləcəyi barədə bir daha düşünməyə dəyər. Onun üçün körpülər qurmağın zəruriliyi aydın idi", – Merkel bildirib.

18 ildən çox müddət ərzində XDS-ə rəhbərlik etmiş Merkel vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra işəgötürənlərlə işçilər, kişilərlə qadınlar, ekologiya ilə iqtisadiyyat, şəhərlə kənd, eləcə də müxtəlif dini qruplar və nəsillər arasında əlaqələrin qurulması vacib idi. Onun fikrincə, bu gün həmin əlaqələrə miqrasiya keçmişi olan və olmayan insanlar arasında münasibətlərin qurulmasını da əlavə etmək lazımdır.

Sentyabrın 20-də Meklenburq-Ön Pomeraniya landtaqına keçirilən seçkidə "Almaniya üçün Alternativ" (AfD) partiyası 38,2 faiz səs toplayaraq qalib gəlib. XDS isə cəmi 4,9 faiz səs əldə edib və 5 faizlik seçki baryerini keçə bilməyib.

Hazırda XDS-in lideri olan Almaniya kansleri Fridrix Merz partiyanın seçkidəki nəticələrini fəlakətli adlandırıb. O qeyd edib ki, siyasi qüvvə Almaniya Sosial Demokrat Partiyası ilə AfD arasındakı münaqişənin arasında "sıxışıb və faktiki olaraq əzilib".

Samir
 

0